Rusiyanın Krasnodar vilayətində fövqəladə vəziyyət elan olunub. SİA-nın "RiaNovosti"yə istinadən verdiyi xəbərə görə, rejimin tətbiqinə vilayətin Krılov rayonunda donuzlar arasında "Afrika taunu" xəstəliyinin aşkarlanması səbəb olub.
Bildirilir ki, rayon ərazisində 15 baş donuz tələf olub. Yaranmış vəziyyətlə əlaqədar ərazidə müvafiq işlər görülür. Qeyd edək ki, "Afrika taunu" xəstəliyi ilk dəfə 1903-cü ildə Afrikada qeydə alınıb və insanlar üçün təhlükəli deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB