Gürcüstan ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. SİA-nın "Qruziya Online" agentliyinə istinadən güclü küləklə müşayiət olunan leysan xarakterli yağışlar ölkənin şərqində, Kaxeti bölgəsində subasmaya səbəb olub. Bölgənin Axmeta şəhərində və Metani kəndində tikililərin zirzəmiləri və birinci mərtəbələri yağış suları ilə dolub, dam örtükləri zədələnib, ev quşları tələf olub.
Məcrasından çıxan çay ətraf əraziləri su altında qoyub. Nəticədə, bəzi avtomobil yolları yararsız hala düşüb, elektrik yarımstansiyası sıradan çıxıb. Bu isə qeyd olunan yaşayış məntəqələrinin elektrik enerjisi ilə təminatında fasilənin yaranmasına səbəb olub. Yaranmış vəziyyətlə əlaqədar ərazidə müvafiq işlər görülür. Qeyd edək ki, hazırda Gürcüstanın şərqində yağışlı hava şəraiti davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB