Argentinada aviaqəza: pilot və sərnişin ölüb

Argentinada aviaqəza: pilot və sərnişin ölüb

Argentinanın şimal-şərqində Entre-Rios vilayətində aviaqəza baş verib. SİA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, \"Piper PA-11\" markalı yüngülmühərrikli təyyarə paytaxt Buenos-Ayres şəhərindən 500 km şimal-qərbdə, Parana şəhəri yaxınlığında yerə çırpılaraq alışıb. Nəticədə, təyyarədə olan pilot və sərnişin ölüb. İlkin ehtimala görə, qəzaya təyyarənin elektrik naqillərinə çarpması səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə