Rusiyalı turistin Türkiyə macərası

Rusiyalı turistin Türkiyə macərası

Pulu bitdiyi üçün ölkəsinə dönə bilməyən rusiyalı turist təyyarə bileti ala bilmək üçün Atatürk Hava Limanında əşyalarını satışa çıxarıb. SİA-nın xəbərinə görə, digər sərnişinlərin şikayətindən sonra ifadəsi alınmaq üçün polis mərkəzinə göndərilən rusiyalı turistin əşyaları isə təmizlik işçiləri tərəfindən aparılıb.

Türkiyəyə tətil üçün gələn və bütün pulunu xərclədikdən sonra bilet almağa pulu qalmayan rusiyalı turist Atatürk Hava Limanının xarici xəttlər terminalında istifadə edilən əşyalarını sataraq təyyarə bileti almaq istəyib. Hadisədən narahat olan sərnişinlərin vəziyyəti polisə söyləməsindən sonra adı açıqlanmayan rusiyalı turist polis mərkəzinə aparılaraq ifadəsi alınıb. Polisin çağırdığı təmizlik işçiləri isə onun yerə sərdiyi əşyalarını bir zibil torbasına yığıb. Əşyalar, ifadəsindən sonra sərbəst buraxılan turistdə təslim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə