İranda neft kəmərində yanğın baş verib

İranda neft kəmərində yanğın baş verib

İranın Huzistan ostanlığında neft kəmərində yanğınla davam edən partlayış baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İranın Milli Neft şirkətinə məxsus kəmərdə qeydə alınmış hadisənin nəticələrini aradan qaldırmaq məqsədilə xüsusi komitə yaradılıb.

Hazırda hadisə yerində müvafiq işlər görülür. Təhlükəsizlik tədbirləri çərçivəsində neftin nəqli dayandırılıb. İlkin məlumata görə, ölən və xəsarət alan yoxdur. Partlayışın baş vermə səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə