Ukrayna müxalifətinin lideri, keçmiş Baş nazir Yuliya Timoşenko həbs edilib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Kiyevin Peçersk məhkəməsinin qərarı ilə Timoşenko Lukyanovskoe istintaq təcridxanasına aparılıb. Timoşenko xahiş edib ki, onu məhkəmədən əli qandallı aparmasınlar.
Milisin xüsusi bölməsinin əməkdaşları Timoşenkonu aparan maşının məhkəmənin həyətindən maneəsiz çıxa bilməsi üçün canlı dəhliz düzəldib.
Baş verən hadisə ilə bağlı Qərbin reaksiyası gecikməyib. Baş verən hadisə ilə əlaqədar Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Ştefan Füle birgə bəyanatla çıxış ediblər: "Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun həbs olunması siyasi motivlər ilə həyata keçirilib və onun həbs olunması Ukraynanın qanunun aliliyi prinsipinə sadiq qalmasını şübhə altına alır"-deyə, bildirlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB