Kosovonun şimalında gərginlik durmadan artır. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, şimaldakı yolların hamısında istehkamlar quraraq gecə-gündüz növbə çəkən serblər Mitroviça-Raşka yolu üzərində 7 metr yüksəklikdə metaldan xaç qoyublar.
Kosovo Nazirlər Kabineti yaranan vəziyyətlə bağlı fövqəladə toplantı keçirib.
Baş nazir Haşim Taçi toplantıda son proseslərlə bağlı məlumat verib və Rudaredə 7 metrlik xaçın qoyulmasını sərt dillə tənqid edib. Kosovo polisinin baş verənlər qarşısında təmkinini qorumasının vacibliyini vurğulayan Taçi Kosovonun ərazi bütövlüyünün Aİ və ABŞ tərəfindən dəstəkləndiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB