Qəddafinin ailəsində daha bir itki

Qəddafinin ailəsində daha bir itki

NATO qüvvələrinin avqustun 5-nə keçən gecə Liviyanın paytaxtı Tripoliyə endirdiyi aviazərbələr nəticəsində Liviya lideri Müəmmər Qəddafinin daha bir oğlu Hamis Qəddafi ölüb. SİA-nın xəbərinə görə, məlumatı Ria Novosti yayıb. Bombardmanda Hamis Qəddafi ilə yanaşı 31 nəfər də həlak olub.

Qeyd edək ki, bundan əvvəl Qəddafinin ən kiçik oğlu Seyfül Ərəbin və üç nəvəsinin bombardmanda öldüyü barədə xəbərlər yayılsa da, sonradan bu xəbərlər təsdiqini tapmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə