Rusiya ilə Gürcüstan arasında vəziyyət yenidən gərginləşib

Rusiya ilə Gürcüstan arasında vəziyyət yenidən gərginləşib

Rusiya-Gürcüstan müharibəsinin 3 illik yubileyinə 3 gün qalmış tərəflər arasında vəziyyət yenidən gərginləşib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, öncə Rusiya prezidenti Dmitri Medvedev gürcüstanlı həmkarı Mixail Saakaşvilinin beynəlxalq məhkəməyə verilməsinə tərəfdar olduğunu bildirib. O, israrla Saakaşvilinin tarixin məhkəməsi qarşısında mütləq dayanacağını bildirib. "Bundan öncə isə onu gürcü seçiciləri mühakimə edəcəklər", deyə o bəyan edib.

Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük üçün 2008-ci ilin avqust münaqişəsindən sonra yaranmış siyasi reallığın dəyişdirilməsi ilə güzəştə getməyə hazır olmadığını bəyan edən Rusiya Prezidenti bununla yanaşı Gürcüstanla münasibətlərin bərpası üçün şərtləri açıqlayıb: "Gürcüstan rəhbərliyi Rusiyanın ÜTT-yə üzvlüyünə dair mövqeyini dəyişərsə, bu dönüş nöqtəsi olmasada, təmas nöqtəsi ola bilər və biz bu təmas nöqtəsi ətrafında əvvəlcə ticari-iqtisadi münasibətləri, sonra isə, bəlkə də diplomatik münasibətləri də bərpa edə bilərdik" – deyə, o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə