Suriyanın Hama şəhərində hərbiçilərlə nümayişçilər arasında toqquşmalar davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ötən gecə nümayişlərin yatırılması zamanı 6 nəfər öldürülüb. Bununla da Hamada ölənlərin sayı 100 nəfəri keçib. Əməliyyatlar nəticəsində rabitə xətləri kəsilib, nəqliyyatın hərəkəti dayandırılıb
Öz növbəsində BMT-nin Təhlükəsizlik Şurası Suriya hökuməti tərəfindən insan haqlarının pozulması və dinc əhaliyə qarşı güc tətbiqini pisləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şura üzvləri tərəfindən qəbul olunmuş bəyanatda bütün zorakı hərəkətlərin dərhal dayandırılması tələb edilir.
Bundan başqa, BMT Təhlükəsizlik Şurası tərəfləri olduqca səbrli olmağa və təzyiqlərdən uzaq durmağa çağırıb. BMT-nin baş katibi Pan Gi Mun da bəyanatın beynəlxalq ictimaiyyətin rəyini tam əks etdirdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB