50 yaşlı Obama

ABŞ prezidenti Barak Obamanın 50 yaşı tamam olur. SİA-nın xəbərinə görə, Obama ABŞ tarixində yeddinci dövlət başçısıdır ki, öz 50 illik yubileyini prezident postunda qeyd edir.

Barak Obama 50 yaşını ilkin olaraq Çikaqo şəhərində dəstəkçiləri ilə birlikdə qeyd edib. Tədbiri təşkil edən Obama tərəfdarları gələn il keçiriləcək prezident seçkiləri üçün prezidentə ianə də veriblər. Ad günündə iştirak etmək istəyənlər 50-35 min dollar arasında pul ödəyiblər.

Qeyd edək ki, atası keniyalı, anası isə Kanzasdan olan Obama 1961-ci ildə Havayda anadan olub. 2008-ci ildə prezident seçkilərində qələbə qazanan Obama Amerikanın ilk qaradərili prezidentidir. 47 yaşında prezident olan Obama həyat heyakəsi və uğurları ilə bir çox təbəqələrin diqqət mərkəzində olub. Ümid və dəyişiklik şüarları ilə iqtidarda 30 ay keçirən Obama 1992-ci ildə evlənib. 12 və 9 yaşında iki qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə