Türkiyə prezidenti Abdullah Gül dünən başa çatmış Ali Hərbi Şuranın qərarlarını təsdiqləyib. Ali Hərbi Şuranın qərarına əsasən, Necdət Özəl Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi təyin olunub.
Bəs Necdət Özəl kimdir?
SİA-nın xəbərinə görə, Quru Qüvvələri komandanlığına təyin olunan Necdət Özəl 1950-ci ildə Ankarada anadan olub. 1969-cu ildə Quru Hərb Məktəbindən, 1970-ci ildə isə Piyada Məktəbindən məzun olub.
1978-ci ilə qədər Quru Qüvvələri Komandanlığına bağlı müxtəlif hərbi hissələrdə taqım və bölük komandiri olan Özəl 1980-ci ildə Quru Hərb Akademiyasını bitirib. Kipr Türk Sülhməramlı Qüvvələri Qərargahında Hərəkat Plan zabiti, Quru Qüvvələri Baş Katibliyində şöbə müdiri və baş katib, Quru Hərb Məktəbi Qərargah rəisi, 17-ci Piyada Alay komandanı vəzifələrində çalışıb.1995-ci ildə general-mayor rütbəsi ilə 172-ci Zirehli Tuqay komandanı və Quru Qüvvələri Daxili Təhlükəsizlik Hərəkat Dairəsi başqanı vəzifələrini tutub.
1999-cu ildə general-leytenant rütbəsinə yüksəlib. Bu rütbə ilə 39-cu Piyada Tümən komandanı və Quru Hərb Akademiyası komandanı vəzifələrini yerinə yetirib. 2003-cü ildə general-polkovnik rütbəsinə yüksələrək 7-ci Korpus komandanı və Quru Qüvvələri Təlim və Doktrina komandan müavini vəzifələrində çalışıb. 2007-ci ildə isə ordu generalı rütbəsini alıb. 2007-2008-ci illər arasında Egey Ordusu komandanı, 2008-2010-cu illər arasında İkinci Ordu komandanı olub. 2010-cu il avqustun 4-də isə Jandarma Baş Komandanı vəzifəsinə təyin olunub. TSQ Üstün Cəsarət və Xidmət Medyalı ilə, TSQ Üstün Xidmət medallarının sahibi olan Necdət Özəl evli və bir uşaq atasıdır. İngiliscə bilir.
Qeyd edək ki, güc komandanı olmayan generallar Baş Qərargah rəisi vəzifəsinə təyin oluna biməzlər. Bu kateqoriyaya isə Quru, Dəniz və Hava Qüvvələri komandanlıqları aiddir. Jandarma Qüvvələri komandanlığı isə güc komandanlığı sayılmır. Bu səbəbdən də Necdət Özəlin TSQ Baş Qərargah rəisi olması üçün əvvəlcə ən azı 1 gün güc komandanlıqlarının birinə rəhbərlik etməsi lazım gəlirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB