Braziliyanın cənubunda, Santa-Katarina ştatında aviaqəza baş verib. SİA-nın \"İnterfaks\" agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Bom-Jardin-de-Serra şəhəri yaxınlığında dağlıq ərazidə yerə çırpılıb.
Rio-de-Janeyro istiqamətində hərəkət edən təyyarədə 8 nəfərin olduğu bildirilir. Hadisə yerinə cəlb olunmuş xilasedicilər 5 nəfərin cəsədini aşkarlayıb. Digər şəxslər barədə məlumat verilmir. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB