İran parlamenti prezident Mahmud Əhmədinejad tərəfindən nazir postuna təklif edilmiş 4 nəfərin namizədliyini təsdiq edib. Belə ki, neft naziri İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Rüstəm Qasimi olub. O, iclasda iştirak edən 246 deputatdan 216-sının səsini qazanıb.
Sənaye, mədən və ticarət naziri postunu isə 218 səs qazanmış Mehdi Qəzənfəri tutub. Məhəmməd Abbasi 165 səs qazanaraq idman və gənclər naziri, Abdulrza Şeyxoleslami 204 səslə əmək və sosial təminat naziri seçilib.
İran konstitusiyasına əsasən, kabinetin formalaşdırılması prezidentin müstəsna səlahiyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB