Hüsni Mübarəki də Səddam Hüseynin aqibəti gözləyir

Hüsni Mübarəki də Səddam Hüseynin aqibəti gözləyir

Misirin paytaxtı Qahirədə eks-prezident Hüsni Mübarəkin məhkəməsi başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, keçmiş dövlət başçısı ilə bərabər müttəhimlər kürsüsündə onun iki oğlu və xalqa qarşı qətliamlarda iştirak etmiş bir neçə şəxs də var.

Məlum olduğu kimi H.Mübarək bu ilin yanvarında olkənin paytaxtında başlanmış etiraz mitinqlərində iştirak edən nümayişçilərə atəş açmaq əmri verməkdə və nəticədə 1500-dən çox insanın qətlə yetirilməsində suçlanır.

Qeyd edək ki, eks-prezident məhkəməyə güclü mühafizə altında və xərəkdə helikopterlə gətirilib. Başlanmış məhkəmə prosesində Mübarək suallara xərəkdə uzanaraq cavab verib. Prokurorlar keçmiş dövlət başçısının edam edilməsini tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə