ABŞ öz gəlirlərinə uyğun yaşayacaq

ABŞ öz gəlirlərinə uyğun yaşayacaq
ABŞ Prezidenti Barak Obama bəyan edib ki, dövlət borcunun yuxarı həddinin qaldırılması haqqında imzalayacağı qanun layihəsi ölkənin öz gəlirlərinə uyğun yaşamasına zəmanət verən ilk addım olacaq. SİA-nın məlumatına görə, Birləşmiş Ştatların lideri qeyd edib ki, əhalinin varlı təbəqəsinin büdcəyə daha çox vergi ödəməsi üçün "balanslaşdırılmış yanaşma" tapmaq lazımdır. Bu, büdcə kəsirini aradan qaldırmağa imkan verəcək. O bildirib ki, dövlət borcunun yüksəldilməsi ətrafında mübahisələr ABŞ biznesi üçün ciddi maneə yaradıb. Lakin ölkə iqtisadiyyatı üçün Yaponiyada baş vermiş zəlzələ kimi "planlaşdırılmamış problemlər" də yaranmışdı. Obama, həmçinin işsizlik ilə bağlı müavinətlərin saxlanılacağına ümid etdiyini vurğulayıb. Ölkə başçısı vətəndaşların böyük sayda iş yerləri ilə təmin olunmasının tərəfdarı olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə