Yunanıstanda nümayişlər səngimir

Yunanıstanda nümayişlər səngimir

Yunanıstanda taksi sürücülərinin etiraz aksiyaları davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sürücülər Krit adasında hava limanına gedən yolu bağlayıblar. Nümayişləri dağıtmaq üçün əraziyə polis qüvvələri cəlb olunub. Taksi sürücüləri ilə asayiş keşikçiləri arasında iğtişaş yaranıb. Sürücülər polisi daş-qalaq edərək onların üzərinə şüşə qablar, küt alətlər və məişət tullantıları atıblar. Kütləni dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

Taksi sürücülərinin tətil etmələri ölkəyə gələn turistlərin də sayına mənfi təsir göstərib. Krit adasında hava limanına gedən yolda tıxaclar yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə