Fransa Qəddafinin pullarını üsyançılara bağışladı

Fransa Qəddafinin pullarını üsyançılara bağışladı

Fransa Liviya lideri Müəmmar Qəddafinin dondurulan bank hesablarında olan 259 milyon dolları ona qarşı savaşan üsyançılara verib. SİA-nın məlumatına görə, məsələylə bağlı Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, Liviya müxalifətini təşkil edən Milli keçid Hökuməti ona ayrılan pulları humanitar məqsədlərə istifadə edə bilər.

Üsyançı hökumətin Parisdəki nümayəndəsi Mansur Səif əl-Nəsr məsələni təsdiq edib: "Liviya xalqına məxsus olan bu pullar ərzaqların və dərmanların alınmasına xərclənə bilər".

Anoloji təkliflə ABŞ hakimiyyəti də çıxış edib. Lakin hüquqşünaslar deyir ki, polkovnik Qəddafinin hesablarının dondurulması zamanı ciddi hüquqi maneələr ortaya çıxa bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə