Hindistan BMT Təhlükəsizlik Şurasının sədri oldu

Hindistan BMT Təhlükəsizlik Şurasının sədri oldu

Hindistan BMT Təhlükəsizlik Şurasının sədri oldu. SİA-nın məlumatına görə, Hindistanın BMT-dəki daimi nümayəndəsi Hardip Sinqh Puri BMT radiosunun müxbirinə verdiyi müsahibədə bildirib ki, bu ay əsas diqqət sülhpərvərlik və Liviyada münaqişənin həlli məsələlərinə yönəldiləcək.

Avqustun 26-da sülhpərvərlik məsələsinə dair açıq iclas keçiriləcək. Səfir Liviyadakı vəziyyətə toxunaraq avqust ayında Liviyada silahlı toqquşmaların dayandırılacağına ümidvar olduğunu bildirib. O xatırladıb ki, bu il avqust ayı müsəlmanlar üçün Ramazan bayramı, orucluq və ibadət ayıdır: "Hindistan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Sonuncu dəfə o, 19 il bundan əvvəl BMT Təhlükəsizlik Şurasının sədri olub. Mənşuranın tərkibinin dəyişdirilməsi və Hindistanın onun daimi üzvü seçilməsi məsələsini irəlilətmək üçün indiki statusundan istifadə etmək niyyətində deyiləm. Bu başqa məsələdir ki, biz Təhlükəsizlik Şurasının işinə rəhbərlik etmək üçün Hindistanın kifayət qədər səlahiyyəti və siyasi sanbalı olduğunu bütün dünyaya göstərə bilərik. Bu isə öz növbəsində onu təsdiq edər ki, Hindistan şurada daimi yer qazanmağa layiqdir".

Bütün xəbərlər Facebook səhifəmizdə