Baş nazir Benyamin Netanyahu İsrailin 1967-ci il sərhədlərinə qayıtması ilə bağlı fələstinlilərlə sülh danışıqları keçirilməsinə razıdır. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda xəbəri İsrail televiziyasının verdiyi reportajda bildirilib. Eyni zamanda İsrail hökumətinin nümayəndəsi telekanalın yaydığı məlumatı təkzib etməyib.
Qeyd edək ki, bu ilin may ayında prezident Barak Obama İsraili 1967-ci ilin sərhədlərinə qayıtmağa çağırmışdı. Həmçinin, Obama bu ilin sentyabr ayında müstəqilliyini elan edəcək Fələstin dövlətini də tanımağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB