Qrızlov: “Biz Avropanı qazla təmin etməyə qadirik”

Qrızlov: “Biz Avropanı qazla təmin etməyə qadirik”

"Rusiya "Cənub axını" layihəsini nəzərdə tutulan müddətdə həyata keçirəcək". SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dumasının sədri Boris Qrızlov deyib. Dövlət Dumasının spikeri 2013-cü ildə boru kəmərinin inşasına başlanılacağını, 2015-ci ildə isə artıq Rusiya qazının Cənubi Avropaya nəql ediləcəyini vurğulayıb: "Biz Avropada hamını qazla təmin etməyə qadirik".

Onun sözlərinə görə, kəmər vasitəsi ilə hər il 22-24 milyard kubmetr qaz tədarük ediləcək. "Şimal axını" layihəsinin gələcək perspektivinə gəlincə rusiyalı diplomat: "Bu çox əhəmiyyətli layihədir və burada heç bir ləngimədən söhbət gedə bilməz. Biz eyni zamanda paralel olaraq "Şimal axını" layihəsini də həyata keçiririk", deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə