Suriyada qan su yerinə axıdılır

Suriyada qan su yerinə axıdılır

Suriyada müsəlman qanı tökülməkdə davam edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, milli ordunun əsgərləri ölkənin üç şəhərində həyata keçirdiyi əməliyyatlar zamanı Xama şəhərində 45, Deyr əl-Zorda 13, Dəryada isə 3 nəfər öldürülüb, 100 nəfər isə yaralanıb.

Ən çox insan tələfatı isə Xama şəhərində baş verib. Bu yaşayış məntəqəsində hökumət qüvvələri tanklardan istifadə ediblər və atışma bir neçə saat davam edib. Şəhərlərə irimiqyaslı hücumlar artıq iki gündür ki, davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə