İran körfəzi yaxınlığında ”Hoda” tankerinə hücum edən dəniz quldurlarından biri öldürülüb

İran körfəzi yaxınlığında ”Hoda” tankerinə hücum edən dəniz quldurlarından biri öldürülüb

İran körfəzi yaxınlığında "Hoda" tankerinə hücum edən dəniz quldurlarından biri öldürülüb. SİA-nın məlumatına görə, İrana məxsus "Hoda" tankeri İran körfəzi yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalıb. İki müasir motorlu qayıqla tankerə hücum edən quldurlar gəmini özləri ilə aparmaq niyyətində olublar.

İran hərbi dəniz qüvvələrinin yaxınlıqdakı gəmisi tankerin köməyinə gəlib. Atışmada dəniz quldurlarından birinin öldürüldüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə