Çinin Quyqan şəhərində fəaliyyət göstərən \"Guigang İron and Steel Company\" metallurgiya müəssisəsində qaz sızması qeydə alınıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, nəticədə zavod yaxınlığında yaşayan əhali arasında zəhərlənmə faktları qeydə alınıb.
İlkin məlumata görə, azı 93 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zavodun işçilərinin xəsarət almadığı bildirilir. İlkin ehtimala görə, qaz sızmasına borularda yaranmış texniki nasazlıq səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB