Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin yeni müavini təyin olunub
Türkiyə ordusunu istefa dalğası bürüyüb. SİA-nın "Huriyyet" ə istinadən verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner erkən təqaüdə getmək barədə müraciət edib. Türkiyə Quru, Hava və Dəniz Qüvvələrinin komandanları Erdal Ceylanoğlu, Hasan Aksay və Uğur Yiğit də İşık Koşanerlə eyni ərizəni yazıb.
İşık Koşanerin erkən təqaüdə getmək barədə müraciətinə müsbət cavab verilməsi barədə Türkiyə nazirlər kabinetinin qərarı prezident Abdullah Gül tərəfindən təsdiqlənib. Türkiyə Quru, Hava və Dəniz Qüvvələrinin komandanları Erdal Ceylanoğlu, Hasan Aksay və Uğur Yigitin erkən təqaüdə getmək barədə müraciətlərinə milli müdafiə naziri müsbət cavab verib.
Son verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələri Jandarma Baş komandanı ordu generalı Necdət Özəl Quru Qoşunları Komandanı təyin olunub. Qərarnaməni Türkiyə prezidenti Abdullah Gül imzalayıb. Digər qərarla general Necdət Özəl Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB