İsrailin müdafiə naziri Ehud Barak bəyanat yayıb. SİA-nın məlumatına görə, nazir İsrailin Türkiyəylə kompromisə getməli olduğunu bildirib: "İsrail Türkiyənin "Mavi Marmara" gəmisiylə bağlı insidentə görə üzr istəməlidir. Əks təqdirdə İsrail ordusunun əsgər və zabitlərini izləmələr və məhkəmələr gözləyir. Söhbət ondan getmir ki, gəmilərin blokadası və ya flotiliyanın yaxalanmasına görə üzr istəməliyik. Söhbət hərbi əməliyyat zamanı yol verdiyimiz səhvlərdən gedir, biz buna görə üzülürük".
Barak sözlərinə belə davam edib: "Qeyri-sabit Misirin, əsəbi Səudiyyə Ərəbistanının və düşmən İranın olduğu regionda Türkiyəylə normal münasibətlərin olması pis hal deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB