Liviya müxalifəti Tunislə sərhəddə yerləşən buraxılış məntəqəsini bağlayıb

Liviya müxalifəti Tunislə sərhəddə yerləşən buraxılış məntəqəsini bağlayıb

Liviyanın müxalifət qüvvələri cümə axşamı Tunislə sərhəddə yerləşən "Əz-Zehiba" nəzarət-buraxılış məntəqəsini (NBM) bağlayıblar. SİA-nın məlumatına görə, bu barədə Tunisin TAP dövlət informasiya agentliyi məlumat yayıb. NBM-nin bağlanılmasına müxalifət qoşunlarının Liviya lideri Müəmmər Qəddafiyə sadiq qoşunlarla ölkənin paytaxtı cənubda, Tunis ərazisinin 8 kilometrliyində yerləşmiş Əl-Qəzaya yaşayış məntəqəsi rayonunda döyüşlərin kəskin fəallaşması səbəb olub. Güclü artilleriya hazırlığı və NATO qüvvələrinin Qəddafi ordusunun hərbi obyektlərinə gecə aviazərbələrini həyata keçirdikdən sonra, müxalifətin bölmələri bu regionda kütləvi hücuma keçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə