Cənubi Koreyada torpaq sürüşməsi nəticəsində 22 nəfər ölüb

Cənubi Koreyada torpaq sürüşməsi nəticəsində 22 nəfər ölüb

Son günlər aramsız yağan yağışlar Koreya Respublikasının mərkəzi hissəsində subasma və torpaq sürüşməsinə səbəb olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Çxunçxon şəhərində azı 19 nəfər ölüb 4 yaşayış evi və 2 pansionat sel axını altında qalıb, bəzi metro stansiyaları yağış suları ilə dolub. Həmçinin, avtomobil yolları yararsız hala düşüb.

Ümumilikdə, ölkə ərazisində 22 nəfər ölüb, 24 nəfər isə xəsarət alıb. Azı, 3 nəfər itkin düşmüş hesab edilir. Hazırda həmin şəxslərin axtarışları aparılır. Sinoptiklər yaxın günlər ərzində hava şəraitinin yağıntılı keçəcəyini proqnozlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə