Çexiya prezidenti Vaslav Klaus Avstraliya parlamentinin girişindəki metal-axtarıcısından keçməkdən imtina edib. SİA-nın məlumatına görə, Parlamentdə dövlət başçısının "ABC" telekanalına müsahibəsi planlaşdırılmışdı. Prezident metal axtarıcısından keçməli olduğunu eşidəndə Telekanalın prodüsserinin tələbinə baxmayaraq, bundan imtina edib. Parlament mərkəzinin mühafizə xidməti isə prezident üçün istisna edərək onu metal axtarıcısından keçirməyib. Lakin dövlət başçısı otelə qayıdaraq müsahibəni təxirə salıb. Çexiya prezidentinin mətbuat katibi Radim Oxvat xatırladıb ki, Çexiyada və digər dövlətlərdə təhlükəsizlik nəzarəti məhz ölkələrin birinci şəxslərinə aiddir: "Dövlət başçısının müsahibəyə gələrək bu cür nəzarətdən keçməsini təsəvvür etmək mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB