Amerikada son tarix yaxınlaşdıqca vəziyyət gərginləşir

Amerikada son tarix yaxınlaşdıqca vəziyyət gərginləşir

Amerikada mümkün defoltun qarşısını almaq üçün Federal borc böhranın aradan qaldırılması məqsədi ilə aparılan danışıqlarda son tarix yaxınlaşdıqca vəziyyət gərginləşir. SİA-nın məlumatına görə, ABŞ prezidenti Barak Obama və Respublikaçıların Nümayəndələr Palatasının Konqresdəki spikeri Con Boner danışıqların dalana dirənməsiylə bağlı qarşıqılıqlı ittihamlarla çıxış ediblər. Obama Respublikaçıları büdcədə böyük ixtisar edilməsi tərəfdarı olduqlarına görə tənqid edib. Dövlət başçısı xəbərdarlıq edib ki, borc həddi Konqress tərəfindən artırılmasa, bu, gözlənilməz nəticə verə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə