Mərakeşdə matəm elan olunub

Mərakeşin cənubunda baş vermiş aviaqəzada ölənlərin sayı 80 nəfərə çatıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə ilə əlaqədar ölkədə matəm elan edilib.

Xatırladaq ki, Ölkənin Hərbi Hava Qüvvələrinə məxsus C-130 \"Hercules\" markalı təyyarə Huelmim yaşayış məntəqəsindən 10 km şimal-şərqdə, dağlıq ərazidə yerə çırpılıb. Hadisə zamanı təyyarənin göyərtəsində 80 nəfər olub. Həmin şəxslərin əksəriyyətinin hərbçi olduğu bildirilir. İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə