İranda kürd yaraqlıları ilə toqquşma baş verib

İranda kürd yaraqlıları ilə toqquşma baş verib

İran bildirir ki, İraq sərhəddində toqquşmalar zamanı Kürdüstanın Azad Həyat partiyası PJAK-ın bir neçə döyüşçüsü qətlə yetirilib. SİA-nın İRNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, silahlı dəstənin üzvləri Qərbi Azərbaycan vilayətinin bir neçə şəhərində İran Kürdüstanın könüllülərindən ibarət qüvvələr tərəfindən yaxalanıb.

Kürd mediası döyüşdə İnqilab Mühafizəçilərinin azı beş əsgərinin öldürüldüyü haqda məlumat verib. İran tərəfin verdiyi tələfatlar haqda məlumat verilmir. İran kürd döyüşçülərinə qarşı bu ayın əvvəli əməliyyata başlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə