Mərakeşdə aviqəza baş verib

Mərakeşin cənubunda aviaqəza baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus C-130 \"Hercules\" markalı təyyarə Huelmim yaşayış məntəqəsi yaxınlığında, dağlıq ərazidə yerə çırpılıb. Hadisə zamanı təyyarənin göyərtəsində təxminən 70 nəfərin olduğu bildirilir. İlkin məlumata görə azı 30 nəfər ölüb.

Didər şəxslər barədə məlumat verilmir. Hazırda ərazidə müvafiq işlər görülür, araşdırma aparılır. Qəzaya dumanlı hava şəraitinin səbəb olduğu ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə