Hüsnü Mübarəkin yeni etiraz üsulu

Hüsnü Mübarəkin yeni etiraz üsulu

Qahirənin Təhrir meydanında bu ilin qışında baş vermiş inqilabi hadisələr zamanı insanların kütləvi həlak olması haqqında iş üzrə gələn həftə məhkəmə qarşısında dayanmalı olacaq Misirin keçmiş prezidenti Hüsnü Mübarək qida qəbulundan imtina edir.

SİA-nın məlumatına görə, Mübarək "yeməkdən tam imtina edib və bəzən su və ya şirə içir. O çox arıqlayıb, daim zəiflik hiss edir və xəstəlikdən əziyyət çəkir", – deyə səhiyyə nazirinin köməkçisi MEHA agentliyinə bildirib.

Xalq kütlələrinin təzyiqi altında cari ilin fevralında istefaya getmiş Misirin 83 yaşlı keçmiş prezidentinin səhhəti xeyli pisləşib. Həkimlərin Mübarəkdə ürək aritimiyasını müşahidə etmələri, bundan başqa, onun tez-tez huşunu itirməsi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə