Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mümkün varisinin adı elan edilib. SİA-nın xəbərinə görə, bunu Nazarbayevin baş müşaviri Yermuxamet Yertisbayev iyulun 25-də Rusiyanın "Kommersant" qəzetinə deyib.
O, qeyd edib ki, əgər Nazarbayev qəfildən hakimiyyətdən getsə, ölkənin idarəçiliyini Qazaxıstanın nəhəng "Samruk-Kazina" holdinqinin rəhbəri, prezidentin ortancıl qızı Dinaranın əri Timur Kulibayev öz üzərinə götürəcək.
Qeyd edək ki, son prezident seçkiləri ərəfəsi T.Kulibayev 80 milyard dollarlıq "Samruk-Kazina"nın rəhbəri təyin olunub. Bu fond Qazaxıstan iqtisadiyyatının 60 faizinə nəzarət edir. O cümlədən enerji, nəqliyyat, kommunikasiya sektorları bu fondun nəzarətindədir. 44 yaşlı milyarder T.Kulibayev eyni vaxtda Kaz Enerjinin prezidentidir. Bu özəl assosiasiya Qazaxıstanın neft, qaz və uran çıxaran 50 şirkətini birləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB