Ermənistan prezidenti Serj Sarkisyanın ölkədə mühacirət təmayülləri və mühacirət siyasəti məsələləri ilə bağlı keçirdiyi müşavirə etiraflarla dolu olub. Prezident acı olsada həqiqəti boynuna alıb. Onun sözlərinə görə, son 4 ay ərzində Ermənistanı 45 min adam tərk edib: "2000-ci ildə ölkədən gedən 57 min adam Ermənistana qayıtmayıb, 2001-ci ildə - 60 min, lakin 2004-2006-cı illər ərzində müsbət balans qeydə alınıb. Son illər Ermənistana qayıtmayanların sayı 23-29 min təşkil edir".
Ermənistan Prezidenti hesab edir ki, muhacirətin mənfi nisbətini tamamilə ləğv etmək üçün "ölkədə insanların ölkəni tərk etməsinə səbəb olan vəziyyət dəyişdirilməlidir".
Xislətinə uyğun olaraq baş verən mühacirətin həqiqətlərini gizlədən Sarkisyan vəziyyəti tamam başqa istiqamətə yozub. Guya sən demə, Ermənistanda mühacirətin \"obyektiv\" səbəbləri var və bu hal \"mövsümi\" xarakter daşıyır. \"Yanvar-may aylarında ölkədən gedənlərin sayı artır, iyunda geri qayıdanların, qalan yay aylarında və sentyabrda yenidən gedənlərin sayı artır, ilin sonunda isə qayıdanların sayı daha çox olur. Bu tendensiya əhalinin bir hissəsinin ilin əvvəlində işləmək üçün xaricə, xüsusilə, MDB ölkələrinə yollanmasına və ilin sonunda geri dönməsinə dəlalət edir" - deyib Serj Sarkisyan.
Ermənistanın Ərazi İdarəetmə Nazirliyinin Dövlət Miqrasiya xidmətinin rəhbəri Qaqik Eqanyan vəziyyətin bərbad olduğunu etiraf edib. Qaqik Eqanyan deyib ki, son bir ilin rəsmi rəqəmlərinə görə, Ermənistandan 80 minə yaxın adam miqrasiya edib. Dövlət Miqrasiya xidmətinin hesablamasına görə, ermənilərin 65 faizi Rusiyaya, 10 faizi ABŞ-a, 10 faizi Avropaya, 5 fazi isə keçmiş sovet ölkələrinə üz tutub.
Lakin mühacirətin əsal səbəbləri Aysberqin görünməyən tərəfində gizlənir. Yaranmış vəziyyətdən depresiyaya düşən Ermənistanın bir qrup incəsənət xadimləri və ziyalıları Ermənistan prezidenti, Milli Məclisin sədri və baş nazirinə müraciət edərək mühacirətin qarşısını almaq üçün tədbirlər görməyi xahiş ediblər.
Müraciətin müəlliflərindən professor Aşot Yeğiazaryanın sözlərinə görə, beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğunun nəticələri Ermənistan əhalisinin 40-44 faizinin "öz gələcəklərini bu ölkədə görmədiyini" göstərir.
Ermənistan əhalisini mühacirətə vadar edən səbəblərdən danışan baş nazir Tiqran Sarkisyan bunun başlıca səbəbinin işsizlik olduğunu bildirib.
Sosioloji araşdırmalar göstərir ki, mühacirətin səbəbləri yalnız işsizlik yox, həm də sosial bərabərsizlik, korrupsiya, hakim dairələrinə yaxin və hakimiyyətə daxil olan oliqarx qüvvələr tərəfindən kiçik və orta biznesin əngəllənməsi, ədliyyə sisteminin ədalətsizliyi, ədalətsiz idarəetmə sistemi və başqa ictimai, sosial, iqtisadi və mənəvi problemlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB