Norveç polis tərəfindən saxlanılan Andres Breyvik əsas hədəflərindən biri Almaniya kansleri Angela Merkeli hesab edilir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Kanslerin adı Osloda baş vermiş terror aktından bir neçə gün əvvəl internet səhifəsində yer alan Breyvikin manifestində yada salınıb.
Terrorçunun başqa mümkün hədəfləri siyahısında Almaniyanın Sosial-demokrat partiyası, həmçinin alman Sol partiyası və "İttifaq90/Yaşıllar" təşkilatı da var.
Hazırda alman polisi bu məlumatların doğru olub-olmadığını yoxlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB