İran, İraq və Suriya arasında \"Cənubi Pars\" yatağından Yaxın Şərqə təbii qazın ixracı və tranzitinə dair mühüm saziş imzalanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sazişin imzalanma mərasimi \"Pars\" xüsusi iqtisadi zonasında yerləşən Asalue limanında İran, İraq və Suriyanın neft və energetika nazirlərinin iştirakı ilə baş tutub.
Məlumata əsasən sazişin imzalanmasından sonra yekun müqavilənin imzalanması üçün bir ay ərzində hüquqi, maliyyə və texniki sahələrdə üç işçi qrupun yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, sözügedən müqavilənin aparılması üçün danışıqlar iki ildir davam edir. Gələcəkdə \"Cənubi Pars\" yatağından çıxarılan təbii qazın Livana və Aralıq dənizi sahillərindəki ölkələrə ixracı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB