Norveç terrorçusu Putinlə görüşmək istəyirmiş

Norveç terrorçusu Putinlə görüşmək istəyirmiş
Norveç hadisələrini tək başına törətdiyini polisə bildirən 32 yaşlı Anders Berinq Breyvik Rusiya prezidenti Vladimir Putin ilə nə vaxtsa görüşmək arzusunda imiş. SİA-nın məlumatına görə, o, öz internet qeydlərində müasir xadimlərdən Roma Papası və Vladimir Putinlə görüşməyi arzuladığını yazıb: "Putin ədalətli və qətiyyətli rəhbərə bənzəyir, hörmətə layiqdir…" .


Norveç polisi rəsi Sveynunq Sponheymə görə, internetdə dərc etdiyi baxışları Anders Berinq Breyvikin sağçı, antimüsəlman baxışlara malik olduğunu deməyə əsas verir.Ona məxsus olması güman edilən digər yazılara əsasən, Anders Berinq Breyvik hesab edir ki, müsəlmanlar Qərbi Avropanı zəbt etməyi qarşılarına məqsəd qoyublar.32 yaşlı norveçlinin qənaətincə, buna "mədəni markizm" kimi səciyyələndirdiyi "multikulturalizm" ideologiyası münbir şərait yaradıb.


Facebook-dakı şəxsi səhifəsində Anders Berinq Breyvik özünü xristian və mühafizəkar kimi səciyyələndirib, bodibildinq həvəskarı olduğunu və masonluqla maraqlandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com