Norveçli terrorçu Andres Breyvik onun işi üzrə məhkəmə işinin açıq rejimdə aparılmasını tələb edib. SİA-nın "CNN"ə istinadən verdiyi xəbərə görə, bunu ittiham olunanın vəkili bildirib. O, qeyd edib ki, Breyvik cinayəti törətmə motivləri barədə ətraflı danışmaq istəyir və bunu açıq şəkildə etmək niyyətindədir.
Eyni zamanda terrorçu məhkəmə qarşısında uniformada dayanmağı da tələb edir.
Norveç qanunvericiliyinə görə, Breykvikin məhkəmə prosesi həm açıq, həm də qapalı şəraitdə həyata keçirilə bilər. Terrorçunun istəyinin qəbul edilim-edilməyəcəyi isə bu gün məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB