Çində qatar aşıb: 35 nəfər ölüb, 210 nəfər yaralanıb

Çində qatar aşıb: 35 nəfər ölüb, 210 nəfər yaralanıb

Çində dəhşətli dəmiryol qəzası baş verib. Eyni istiqamətdə hərəkət edən iki qatar toqquşub, 210 nəfər yaralanıb. SİA-nın məlumatına görə, Çinin şərqində yerləşən Çjenszyan əyalətində eyni istiqamətdə hərəkət edən iki qatarın toqquşması nəticəsində bir neçə qatar relsdən çıxaraq körpüdən aşıb.

Hadisə nəticəsində ən azı 35 nəfər həlak olub, 210-dan artıq insan isə yaralanıb. Çinin Fövqəladə Hallar İdarəsinin verdiyi xəbərdə bildirilir ki, həlak olanların arasında iki nəfər əcnəbi şəxs olub. Bundan başqa, artıq 19 nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Qeyd edək ki, ötən gün Bakı vaxtı ilə 17.50-də eyni istiqamətdə hərəkət edən Pekin-Fuçjou (D301) və Xançjou-Fuçjou (D3115) sərnişin qatarı toqquşub.

Dəmiryolu idarəsinin yerli məmurlarından biri blogunda hadisənin baş vermə səbəbini yazıb. Onun sözlərinə görə, D3115 sürət qata
rını ildırım vurub və qatar idarəetmə itirib, nəticədə isə arxadan gələn qatar qarşıdakı qatarla toqquşub.

Bütün xəbərlər Facebook səhifəmizdə