Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) başçısı Yukiya Amano Yaponiyaya səfər edəcək. SİA-nın məlumatına görə, bazar ertəsi bu ölkəyə gələcək qurum rəsmisi ilk dəfə "Fukusima-1" Atom Elektrik Stansiyasına (AES) baş çəkəcək.
Bu AES martda sunami və zəlzələdən ciddi
zərər görüb.
Yapon jurnalistləri ilə görüşdə açıqlama verən Amano bildirib ki,
AES-ə səfəri zamanı o stansiyanın operator şirkəti ТЕРCО-nun rəhbərləri ilə
görüşəcək. Tərəflər Yaponiyada atom energetikasının inkişaf perspektivləri və
onun təhlükəsizlik problemlərini müzakirə etmək niyyətindədir.
Amano "Səfər zamanı bu yerin havasını hiss etməyə çalışacam" deyib.
Əlavə edək ki, Amano martın ortalarında agentliyin mütəxəssilərinin AES-ə
radiasiyanın imkan verdiyi qədər yaxınlaşacağını bildirərək "Fukusima-1"-ə
yaxınlaşmaqdan imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB