Pakistanda atışma zamanı 12 nəfər ölüb

Pakistanda atışma zamanı 12 nəfər ölüb

Pakistanın Kəraçi şəhərində baş verən atışmada ölənlər var. SİA-nın məlumatına görə, bir-biriləri ilə qarşıdurmada olan tayfalararası qruplaşmaların döyüşçüləri arasında ciddi insident yaşanıb və atışma nəticəsində ən azı 12 nəfər ölüb.

Hadisə şəhərin Malir və Landxi rayonlarından baş verib. Silahlı insan qrupları bir-birinə atəş açıb. Daha 22 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə