Norveç qan içində, 92 ölü - FOTOSESSİYA

Norveç qan içində, 92 ölü - FOTOSESSİYA

Norveçin paytaxtı Oslonun ətrafındakı gənclər düşərgəsində polis geyimli bir şəxsin odlu silahdan açdığı atəş nəticəsində azı 84 nəfər həlak olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Norveç polisi hazırda Utoyya adasındakı gənclik düşərgəsinə hücumda iştirakı ehtimal edilən ikinci şəxsi axtarır.

Hadisə yerinin araşdırılması zamanı polis içində partlayıcı qurğu olan avtomobil aşkarlayıb. Hazırda Andres Breyvik həbs edilib və ona terrorçuluq maddəsi üzrə ittiham irəli sürülüb. Təqsiri sübuta yetirilərəsə, onu 21 ilədək həbs cəzası gözləyir.

Bundan əlavə Norveçin paytaxtı Oslonun mərkəzində hökumət binasının yaxınlığında cümə günü partlayış baş verib, nəticədə yeddi nəfər həlak olub, iki nəfər isə xəsarət alıb. Onların vəziyyəti ağırdır. Partlayış nəticəsində Norveç Baş nazirinin administrasiyasının yerləşdiyi binanın şüşələri sınıb.

Eyni zamanda Norveçin baş naziri Yens Stoltenberq terror aktları ilə bağlı təcili mətbuat konfransı keçirib. Stoltenberq baş vermiş hadisələrlə əlaqədar ölkədə terror təhlükəsinin səviyyəsinin qaldırılmayacağını bildirib. Onun sözlərinə görə, Norveçdəki sağçı qruplaşmalar dövlətin nəzarəti altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə