Avropa ölkələrində mövsümə xas olmayan hava şəraiti hökm sürür. Avropa ölkələrinə qar və yağış yağıb. Buna Şimali Atlantikadan gələn \"Nemo\" siklonu səbəb olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yağıntılar əsasən Polşa, Almaniya və Fransada qeydə alınıb. Polşa və Almaniyada güclü yağışlar subasmalara səbəb olub. Fransanın paytaxtı Parisdə isə gözlənilmədən qar yağıb.
Son sutka ərzində qar örtüyünin hündürlüyü 20 sm-ə çatıb. Temperatur göstəricisi müsbət 14 dərəcəyə düşüb. Vəziyyətlə əlaqədar Fransada Tur-de-Frans yarışlarının növbəti mərhələsinin keçirilməsində problemlər yaranıb. Bu cür hava şəraitinin nə qədər davam edəcəyi barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB