“Sibir xorası” Gürcüstanda

Gürcüstanın cənub-şərqində Tetriskaroysk vilayətində \"Sibir xorası\" xəstəliyi aşkarlanıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, cari ilin iyul ayında 5 nəfərdə xəstəliyə yoluxma faktı qeydə alınıb. Son sutka ərzində xəstəliyə yoluxmuş iki nəfərin öldüyü bildirilib. Təhlükəsizlik tədbirləri çərçivəsində Gürcüstanda iribuynuzlu heyvanlarda kütləvi vaksinasiya işləri aparılır.

Qeyd edək ki, \"Sibir xorası\" heyvanlar arasında yayılmış çox ciddi xəstəlikdir. Bu virus daha çox inəklərdə aşkarlanır. İnsanların da yoluxması istisna olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə