Əhmədinejad ABŞ-la İsraili meyitxanayla təhdid edib

Əhmədinejad ABŞ-la İsraili meyitxanayla təhdid edib

İran prezidenti Mahmud Əhmədinejad öz tərəfdarlarına bildirib ki, "ABŞ-la İsrail iflas həddindədirlər" və "dünya onların can verməsinə şahidlik edir".

SİA-nın məlumatına görə, Mahmud Əhmədinejad bildirib ki, müqavimət zəfər çalacaq və düşmənlər meyitxanaya göndəriləcək.

Əhmədinejad İran mətbuatının ölkənin hava qüvvələrinin ABŞ-a məxsus təyyarəsini vurması faktını təkrarlayıb: "Biz regionun ən güclü dövlətinə çevrilmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə