İsrail rəhbərliyində təzadlı fikirlər!

İsrail rəhbərliyində təzadlı fikirlər!

İsrailin Azərbaycandakı səfiri Lənkəranda İsrail Milli Təhlükəsizlik Şurasının Əks terrorizm bürosunun İsrail vətəndaşlarına Azərbaycan, Türkiyə və Gürcüstana getməmələri ilə bağlı verdiyi xəbərdarlığa yenidən qayıtmasının səbəbləri barədə jurnalistlərin verdiyi sualı cavablandırıb. SİA-nın məlumatına görə, Səfir Mixail Lavon Lotem bildirib ki, bu məlumatın mənbəyinin haradan olduğunu bilmir: "Bu məlumatın İsrailin Milli Təhlükəsizlik Şurasının internet səhifəsində yayıla biləcəyini istisna etmirəm. Hazırda bu məlumatı dəqiqləşdirirəm".

M. Lavon Latem deyir ki, o, özünü burada təhlükəsizlikdə hiss edir: "Dəfələrlə olub ki, İsrailin adı dost ölkələrin təhlükə ilə bağlı siyahılarında yer alıb. Amma İsraildə heç kim bunu ikitərəfli münasibətlərlə bağlamır".

Qeyd edək ki, dünən yayılmış mlumatlarda deyilirdi ki, İsrail Milli Təhlükəsizlik Şurasının Əks terrorizm bürosu İsrail vətəndaşlarına Azərbaycan, Türkiyə və Gürcüstana getməmələri ilə bağlı xəbərdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə