İran BMT-nin insan haqları üzrə məruzəçisinin ölkəsinə daxil olmasına icazə verməyəcək

İran BMT-nin insan haqları üzrə məruzəçisinin ölkəsinə daxil olmasına icazə verməyəcək

İran BMT-nin insan haqları üzrə məruzəçisini ölkəsinə daxil olmasına icazə verməyəcək. SİA-nın İranın "Press.Tv" kanalına istinadən verdiyi məlumata görə, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) xüsusi nümayəndəsi Ramin Mehmanpərəst adıçəkilən kanala verdiyi açıqlamasında bildirib.

O bildirib ki, BMT tərəfindən təyin olunan xüsusi məruzəçinin İrana daxil olması siyasi və qeyri- qanuni bir addım hesab olunur: "İslam Respublikası da heç bir halda ölkəyə təyin olunan xüsusi məruzəçini dövlətə girişinə imkan verə bilməz".

Qeyd edək ki, BMT-nin insan haqları İttifaqı 17 iyunda Maldiv adalarının keçmiş xarici işləri naziri Əhməd Şahidi BMT-nin insan haqları üzrə nümayəndəsini İrana təyin edərək, Tehranın bu məruzəçi ilə əməkdaşlıq etməyinə və ölkəyə daxil olmasına icazə verməyə çağırıb".

Buna cavab olaraq isə İran bu təyinata qarşı çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə