Netanyahu “Mavi Mərmərə”yə görə Türkiyədən üzr istəməyə hazırlaşır

Netanyahu “Mavi Mərmərə”yə görə Türkiyədən üzr istəməyə hazırlaşır

İsrailin baş naziri Benyamin Netanyahu "Mavi Marmara" gəmisinin ələ keçirilməsi zamanı 9 türkiyəlinin öldürülməsinə görə Türkiyədən üzr istəməyə hazırlaşır. SİA-nın xəbərinə görə, bu haqda xəbəri "Qaley SAXAL" radiostansiyası yayıb. Məlumatda deyilir: "Netanyahunun üzrxahlığının səthi olacağı gözlənilir. Belə ki, baş nazir maksimum gücdən həddindən artıq istifadəyə və "Mavi Marmara"nın sərnişinlərinin ölümünə səbəbə olan texniki qüsurlara görə üzr istəyəcək".

Öz növbəsində hökümətin hüquq məsləhətçisi İequda Vaynşteyn Netanyahuya SAXAL hərbçilərinin məhkəmə çəkişmələrindən qurtulması üçün Türkiyədən üzr istəməyi məsləhət görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə